Azərbaycanda qəhrəmanlıq göstərən şəxslər üçün yeni medal hazırlanır - FOTO

Azərbaycanda qəhrəmanlıq göstərən şəxslər üçün yeni medal hazırlanır - FOTO
16:32 4 Oktyabr 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda vətənin müdafiəsində şücaət və fədakarlıq göstərməklə fərqlənən şəxslər üçün yeni medal təsis edilir.

Milli.Az bildirir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, "Şücaətə görə" medalıdır.
 
Bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunun 2-ci maddəsinə yeni hissələr təklif edilir.
 
"Şücaətə görə" medalının Əsasnaməsinə görə, vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcək. Medalın üzərində "Azərbaycan uğrunda" sözləri həkk edilib. Medal müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif ediləcək.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib və oktyabrın 14-də müzakirəyə çıxarılacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR