Rusiya prezidentinin Türkiyəyə səfərinin rəsmi tarixi açıqlanıb

Rusiya prezidentinin Türkiyəyə səfərinin rəsmi tarixi açıqlanıb
16:47 4 Oktyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, həmin gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını qəbul edəcək: "Prezident İstanbulda keçirilən enerji konqresində çıxış edəcək və Ərdoğanla görüşəcək".
Qeyd edək ki, oktyabrın 9-13-də İstanbulda Beynəlxalq Enerji Konqresi keçiriləcək. Bu tarixdə Türkiyə-Rusiya hökumətlərarası komissiyasının da iclası olacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-prezidentinin-turkiyeye-seferinin-resmi-tarixi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR