Bakıda naməlum şəxs 35 yaşlı kişiyə 5 bıçaq zərbəsi vuraraq qaçıb

Bakıda naməlum şəxs 35 yaşlı kişiyə 5 bıçaq zərbəsi vuraraq qaçıb
10:22 5 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi olub.
Hüquq-mühafizə orqanlarından “Report”a verilən məlumata görə, Yasamal rayonunda 35 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub.
Belə ki, Yasamal rayonu Alatava ərazisində yaşayan 35 yaşlı Azər Tağıyev yaşadığı ev istiqamətində hərəkət edirmiş. Bu zaman A.Tağıyevin qarşısına tanımadığı şəxs çıxıb və ona 5 bıçaq zərbəsi vuraraq ərazidən uzaqlaşıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinin əməkdaşları A.Tağıyevi bıçaqlayaraq qaçan şəxsin axtarışına başlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-namelum-sexs-35-yasli-kisiye-5-bicaq-zerbesi-vuraraq-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR