"Nardaran işi" üzrə məhkəmədə təqsirləndirilən şəxsin vəsatəti təmin olunmayıb

"Nardaran işi" üzrə məhkəmədə təqsirləndirilən şəxsin vəsatəti təmin olunmayıb
14:02 5 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən T.Bağırov onu Bakı İstintaq Təcridxanasında 5 günlük cərimə kamerasına (kars) saldıqlarını deyib. T.Bağırov ona təziq olunduğunu vurğulayıb.
Hakim bildirib ki, bunun hazırkı məhkəməyə aidiyyəti yoxdur.
Təqsirləndirilən A.Hüseynov dövlət ittihamçısı Nəsib Bayramova etiraz etdiyini deyib: "Prokuror qərəzli çıxış edir".
Dövlət ittihamçısı isə vəsatətin təmin olunmamasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra hakimlər kollegiyası müşavirəyə yollanıb. Bu zaman dövlət ittihamçısı da hakimlərlə birgə eyni tərəfə getdiyi üçün vəkil Yalçın İmanov buna etiraz edib: "Bu, qanun pozuntusudur. Biz istəyirik ki, yazılı etirazla hazırlayıb, məhkəməyə təqdim edək".
Hakimin sözlərinə görə, prokuror onlarla birgə otağa daxil olmayıb: "Biz otağa daxil olanda prokuror dəhlizdə olub".
Vəkillər məhkəmə heyətinə etirazla bağlı vəsatət qaldırıblar. Vəsatət təmin edilməyib.
Daha sonra prosesdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşı Rüstəm Cəfərov ifadə verib. O, Nardaranda əməliyyat zamanı Əlibala Vəliyevi zərərsizləşdirib: "Onun əlində bıçaq var idi, mənə xəsarət yetirmək istəyirdi. Əlibanı zərərsizləşdirərkən onun üzərindən qumbara çıxıb".
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.
F.Qəhrəmanlıdan başqa, həmin şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-cü (qəsdən adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (qəsdən adam öldürmə, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.3-cü (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd), 28,214.2.1-ci (terrorçuğa hazırlıq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28,214.2.3-cü (terrorçuğa hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 283.2.3-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunur.
F.Qəhrəmanlı isə keçən il dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

22 Sentyabr 2017 23:03

Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

22 Sentyabr 2017 23:00

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53

"Qarabağ" "Sumqayıt"ı peşman etdi - VİDEO

22 Sentyabr 2017 22:47

Ruhani ABŞ-ı hədələdi -

22 Sentyabr 2017 22:44

İlham Əliyev milli komandanın voleybol üzrə Avropa çempionatındakı oyununu izləyib

22 Sentyabr 2017 22:42

Bu tarixi abidəni 300 milyon insan ziyarət edib

22 Sentyabr 2017 22:38

Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin müharibə ritorikası münaqişənin tənzimlənməsi üzrə konstruktiv yanaşmaya niyyətli olmadığını göstərir"

22 Sentyabr 2017 22:32

Film qəhrəmanına bənzəmək üçün 200 əməliyyat keçirdi - SON HALI ŞOKA SALIR - FOTOLAR

22 Sentyabr 2017 22:28

Ankarada referendumla bağlı hansı qərarlar qəbul edildi? -

22 Sentyabr 2017 22:25

Trampla Ərdoğan razılığa gəlib -

22 Sentyabr 2017 22:15

Ağcabədidə ev əşyaları ilə birgə yandı

22 Sentyabr 2017 22:09

Hindistan Pakistana hücum etdi -

22 Sentyabr 2017 22:00

Abşeronda qonşular arasında - Qanlı dava

22 Sentyabr 2017 21:58

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib

22 Sentyabr 2017 21:57

Samir Abasov: "Səhvlərinə görə cavab verəcək"

22 Sentyabr 2017 21:47

Məşhur modelin sinəsi gündəm oldu - FOTOLAR

22 Sentyabr 2017 21:43

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

22 Sentyabr 2017 21:37

Qurban Qurbanov: "Bu gecə Romaya uçuram"

22 Sentyabr 2017 21:37

Donald Tramp -

22 Sentyabr 2017 21:35

Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı

22 Sentyabr 2017 21:28

Famil Ağayev: "Macarıstanın gücünü birinci setdə gördük"

22 Sentyabr 2017 21:22

Türkiyə sahillərində gəmi batdı -

22 Sentyabr 2017 21:15

40 yaşlı qadını ilan sancdı - Şəkidə

22 Sentyabr 2017 21:14

MTŞ-nın toplantısı başa çatdı -

22 Sentyabr 2017 21:14

İstanbul bələdiyyəsinin sədri istefa verib

22 Sentyabr 2017 21:08

AST Telmanın bütün sirləri ORTAYA ÇIXDI: 15 illik dostundan İNANILMAZ ZƏRBƏ

22 Sentyabr 2017 21:03

"Mariya" azı 15 nəfərin ölümünə, 20 nəfərin isə itkin düşməsinə səbəb olub

22 Sentyabr 2017 20:58

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sosial layihəyə başlayıb

22 Sentyabr 2017 20:57

Daha bir dövlət Rusiya qazından imtina edir

22 Sentyabr 2017 20:48

Ukraynanın Hindistandakı səfiri selfi çəkərkən telefonunu oğurlayıblar

22 Sentyabr 2017 20:47

AVRO-2017: Millimiz darmadağınla başladı

22 Sentyabr 2017 20:44

Azərbaycan voleybolçuları Avropa çempionatında ilk oyunu qələbə ilə başa vurublar

22 Sentyabr 2017 20:44

Bu bölgəmizdə qorxulu bəla peyda olub -

22 Sentyabr 2017 20:40

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına qələbə ilə başlayıb

22 Sentyabr 2017 20:37

Bakıda sərnişin avtobusu piyadanı vurdu - FOTO

22 Sentyabr 2017 20:33

Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

22 Sentyabr 2017 20:32

Beynəlxalq Muğam Mərkəzində “Sevgili Canan” adlı konsert keçirilib

22 Sentyabr 2017 20:31

İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir

22 Sentyabr 2017 20:19

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edib

22 Sentyabr 2017 20:17

Ölkə prezidenti yığmamızın oyununda

22 Sentyabr 2017 20:09

İstanbul bələdiyyə başçısı istefa verdi

22 Sentyabr 2017 20:08

Azərbaycan üçün BÖYÜK TƏHLÜKƏ, 2018-ci ilin yazında MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

22 Sentyabr 2017 20:03

İstanbul bələdiyyəsinin sədri vəzifəsindən istefa verib

22 Sentyabr 2017 20:02

Zirzəmidə tapdığı seyf həyatını dəyişdi -

22 Sentyabr 2017 20:00

İlham Əliyev voleybol matçında - FOTO

22 Sentyabr 2017 19:58

Məmmədyarov bu gün həmsədrlərlə görüşəcək

22 Sentyabr 2017 19:49

Dünən kraliça oldu, bu gün tacı əlindən alındı - TÜRKİYƏDƏ QALMAQAL - FOTOLAR

22 Sentyabr 2017 19:48

Türkiyə-Suriya sərhədində tikilən səddin inşası tamamlanır

22 Sentyabr 2017 19:42