Azərbaycan Mərkəzi Bankından "Report"a bildirilib ki, gələn ilki büdcənin layihəsində ARDNF-in büdcəyə nəzərdə tutulan 6,1 mlrd. manatlıq transferti diqqətə alınaraq neftin qiymətinin 40 dollardan yüksək olması durumunda valyuta ehtiyatlarında artım davam edəcək.
Qeyd edək ki, Azərbaycanın məcmu valyuta ehtiyatları ilin əvvəlində 38 590,8 mln. dollara bərabər olub. İlin ilk yarısının yekunlarına görə, valyuta ehtiyatları 43 686,5 mln. dollara çatıb. Beləliklə valyuta ehtiyatları ilk 6 ayda 5 095,7 mln. dollar və ya 13,2 % artıb.