Sabunçuda ev yanıb

Sabunçuda ev yanıb
09:32 7 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonunda vətəndaşa məxsus 3 otaqlı ev yanıb.

Milli.Az FHN-ə istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR