“Nikoil Bank”ın Müşahidə Şurasına yeni sədr təyin olunub

“Nikoil Bank”ın Müşahidə Şurasına yeni sədr təyin olunub
11:32 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağında İsgəndər Ağasəlim oğlu Xəlilov öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunub. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Səhmdarlar Marina Valeryevna Kulişovanın Müşahidə Şurasının sədri təyin olunması barədə qərar qəbul ediblər. O, Bankın transformasiyası mərhələsində onun daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması prosesinə rəhbərlik edəcək.
Eyni zamanda İvan Vladimiroviç Romanovskinin Müşahidə Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul olunub.
Müşahidə Şurasının tərkibindən çıxmasına baxmayaraq, İ.Xəlilov “Nikoil Bank”ın səhmdarlarından biri olaraq qalır.
Beləliklə, Müşahidə Şurasının sədri M.Kulişova, Müşahidə Şurasının üzvləri İ.Romanovski, Aleksey Sazonov, Pavel Suxoruçkin, Roman Novikov təsdiq ediliblər.
Bankın səhmdarları, Müşahidə Şurası və menecmenti “Nikoil Bank”ın tərəqqisi və inkişafına verdiyi töhfəsinə görə, İ.Xəlilova minnətdarlığını bildiriblər.
“Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/nikoil-bank-in-musahide-surasina-yeni-sedr-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR