Ölən adam üçün ağlamaq günahdırmı?

Ölən adam üçün ağlamaq günahdırmı?
22:12 8 Oktyabr 2016
243 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyasını dəyişmiş adam üçün matəm saxlamaq, kədərlənmək və ağlamaq günah deyil. Bunlar insanın təbii hissləridir və onları ifrata varmadan büruzə vermək olar. Bütün müqəddəslərimiz öz əzizlərini ititrərkən səbrlə davranmış, amma kədərlərini də gizlətməmişlər. Həzrət Mühəmməd Peyğəmbər (s) oğlu İbrahimin vəfatına üzülmüş və ağlamışdı.

Milli.Az islam.az-a istinadən bildirir ki, hətta səhabə Əbdürrəhman ibn Ovfun təəccübünü görəndə Peyğəmbər ona cavab vermişdi: "Bu göz yaşı bir rəhmətdir. Göz yaşarır, könül qəm-qüssə yeyir, amma biz Rəbbimizin razı olduğu sözlərdən başqa sözlər demərik..." Həmçinin, Ühüd savaşında şəhid olmuş Həmzə üçün qadınlar mərsiyə deyib ağlayanda Peyğəmbər bundan razı qalmışdı.

Əlbəttə, ölü üçün həddən artıq ucadan ağlayıb şivən salmaq, sifəti və yaxanı cırmaq, Allaha üsyan etmək dinimizə ziddir. Peyğəmbər və imamlar bu kimi halları görəndə həmişə etiraz etmişlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR