Tailand polisi Banqkokda mümkün partlayışlarla bağlı məlumatlar səbəbiylə xüsusi əməliyyat keçirir

Tailand polisi Banqkokda mümkün partlayışlarla bağlı məlumatlar səbəbiylə xüsusi əməliyyat keçirir
10:22 11 Oktyabr 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Banqkokda bu ayın sonunda terror hücumlarının olacağı ilə bağlı məlumatlar səbəbiylə Tailand polisi xüsusi əməliyyat keçirir. "Report" TASS-a istinadən xəbər verir ki, güc orqanlarının əməkdaşları artıq şübhəli bilinən 10 nəfəri saxlayıb.
Yerli KİV-in məlumatına görə, polis ehtimal edilən cinayətkarların axtarışı çərçivəsində şəhərin girişində avtomobilləri hərtərəfli yoxlayır, artıq saxlanılan 10 nəfər isə yaxın zamanda dindiriləcək.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış təşkil etmək üçün içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobildən istifadə edilə bilər. Terror hücumunun mümkün hədəfləri kimi hava limanları, turistlərin kütləvi toplaşdığı ərazilərdəki parklar göstərilir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/banqkokda-mumkun-partlayislarlar-bagli-melumatlar-sebebiyle-tailandda-xususi-emeliyyat-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR