"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Sadıqov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il yanvarın 4-də saat 06:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən “Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər alaraq, xəstəxanaya aparılarkən yolda vəfat edib. Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. “İsti izlər”lə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü S. Fətullayev tutulub.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.