Türkiyə ilk milli qırıcı olan TF-X-in hazırlanması
istiqamətində ciddi addımlar atır.
Publika.az xəbər verir ki, “Rolls Royce” kampaniyası bu
qırıcıların mühərrəkini hazırlayacaq.
Məlumatlara görə, ötən həftə Türkiyədə səfərdə olan
kompaniyasının icraçı direktoru Varren Eastla prezident Rəcəb
Tayyip Ərdoğan arasında bununla bağlı razılıq əldə
olunub.
“Akşam” qəzeti yazır ki, anlaşmada Ankaranın əsas şərtləri “ortaq
istehsal”, “texnoloji məlumatların paylaşılması” və “üçüncü
ölkələrə satış” məsələsidir.
“Rolls Royce” Türkiyənin bu şərtlərinə müzakirə edəndən sonra cavab
verəcək.
Təklifə cavab müsbət olarsa, Türkiyə 2023-cü ildə ilk milli
qırıcısını istifadəyə verməyi düşünür. Həmçinin, bu qırıcıları
istədiyi ölkəyə satmaq hüququnu əldə edəcək.
Türkiyənin milli qırıcıya sahib olması Azərbaycan
nöqteyi-nəzərindən də maraqlıdır. Çünki gələcəkdə bu döyüş
helikopterlərindən ala bilməyimiz ehtimalı böyükdür.
Bununla yanaşı, Azərbaycan “ATAK” döyüş helikopterlərini almaq üçün
hazırda Türkiyə ilə danışıqlar aparır.
Daha əvvəl “ATAK”-ın satışında problemlər var idi. Çünki
helikopterin mühərriki İtaliyada hazırlansa da, bəzi hissələr
ABŞ-da sertifikatlaşdırılmışdı. Buna görə də ABŞ-ın icazəsi olmadan
Türkiyə helikopteri başqa ölkəyə sata bilmirdi.
Məlumatlara görə, bu problem aradan qalxıb və hazırda Azərbaycan,
Pakistan, Qatar və digər ölkələr “ATAK”-a sahib olmaq üçün
danışıqlar aparır.
Qeyd edək ki, “ATAK” helikopterləri bir çox özəlliyi ilə seçilir.
Xüsusilə döyüş vaxtı havadan düşmən qüvvələrinə operativ zərbələrin
vurulmasında bu helikopterlərin rolu böyükdür.
Türkiyə milli qırıcı TF-X-i istədiyi vaxt üçüncü ölkəyə satması
üçün “ATAK” məsələsində etdiyi səhvi təkrarlamaq istəmir. Bu
baxımdan, öz şərtlərini əvvəlcədən irəli sürüb.
https://www.youtube.com/watch?v=Cmplt6auJHY