Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov işi məhkəməyə göndərildi

Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov işi məhkəməyə göndərildi
18:04 12 Oktyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərilib.

 

APA-nın məlumatına görə, cinayət işi üzrə ittiham aktı istintaq orqanı tərəfindən təsdiq olunaraq baxılması üçün bu gün  Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi yaxın günlərdə icraata veriləcək.

 

Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

 

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

 

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

 

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yeni cəza növü tətbiq edilir - AZƏRBAYCANDA

25 Sentyabr 2017 12:14

Ölkənin kriminal regionların TOP-10-luğu açıqlandı – SİYAHI

25 Sentyabr 2017 12:13

Referendum gərginliyi: Dollar bahalaşa bilər

25 Sentyabr 2017 12:10

Səyyar ASAN xidmət Şirvan və Xırdalanda

25 Sentyabr 2017 12:09

Bəxtiyar Vahabzadənin AİLƏSİNDƏ AĞIR İTKİ: qəflətən...

25 Sentyabr 2017 12:08

Azərbaycanın ali məktəblərində təhsil alan 2500-dən çox gənc bu il diplom ala bilməyib

25 Sentyabr 2017 12:07

AFFA 2 klubu I Diviziona buraxmayıb

25 Sentyabr 2017 12:07

Yasamal rayonunda "Daewoo" yanıb

25 Sentyabr 2017 12:05

5 saylı xəstəxananın baş həkimi vəfat etdi

25 Sentyabr 2017 11:59

Azərbaycanda yeni cəza növü tətbiq edilir

25 Sentyabr 2017 11:59

“Putin Krımın işğalı üzrə...” - İşğalın yeni detalları MƏLUM OLDU

25 Sentyabr 2017 11:58

Azərbaycanda qeyri-adi əməliyyat

25 Sentyabr 2017 11:55

Azərbaycan klubu almanlara təqdim edildi

25 Sentyabr 2017 11:54

Kürdəmir-Karrar dəmir yolunun təmirinə başlanılıb

25 Sentyabr 2017 11:47

Şamaxıda badam əkini təsərrüfatlarının yaradılması təklif edilir

25 Sentyabr 2017 11:47

Penalti vurma, 1 milyon avro al - Şok təklif

25 Sentyabr 2017 11:47

Kəmaləddin Heydərov Samuxda qəbul keçirəcək

25 Sentyabr 2017 11:44

Bakıda geyimlərdə erotik səhnələri kim yayır?

25 Sentyabr 2017 11:44

Neymarın maaşı Messi və Ronaldonu qısqandırdı

25 Sentyabr 2017 11:43

Bir ilə "ABAD"laşan Balakən

25 Sentyabr 2017 11:42

Daha bir dəmir yolu xətti əsaslı təmir olunur

25 Sentyabr 2017 11:41

Muğam Mərkəzində Beynəlxalq Musiqi Festivalı davam edir

25 Sentyabr 2017 11:39

"Apple" şirkəti "IPhone 8" səbəbindən 43 mlrd. dollar itirib

25 Sentyabr 2017 11:37

Arda Turan ayrılığı rəsmən açıqladı - FOTO

25 Sentyabr 2017 11:37

İlan öz sahibini belə öldürdü...

25 Sentyabr 2017 11:36

“iPhone 8” smartfonunun satışlarında azalma qeydə alınıb

25 Sentyabr 2017 11:35

İşdən çıxarılan Əməkdar artist işinə qayıtdı

25 Sentyabr 2017 11:33

6 yaşlı həmyerlimiz Rusiyada HAMINI HEYRƏTLƏNDİRDİ - VİDEO

25 Sentyabr 2017 11:33

İrəm Dərici sevənlərini üzdü...

25 Sentyabr 2017 11:29

Azərbaycanda 3 aylıq körpə üzərində nadir əməliyyat keçirilib

25 Sentyabr 2017 11:27

Azərbaycanda dələduzluqla bağlı cəza sərtləşdirilir, bəzi əməllərə görə yüngülləşdirilir

25 Sentyabr 2017 11:27

Azərbaycanlı vunderkind Rusiya telekanalında populyar verilişin qonağı olub

25 Sentyabr 2017 11:27

“Rabitə işi” bir daha məhkəmədə araşdırılacaq

25 Sentyabr 2017 11:24

İsrail Beynəlxalq Məhkəməyə verilir

25 Sentyabr 2017 11:23

Maşallah Əhmədov Əfv Komissiyasına müracət edib

25 Sentyabr 2017 11:22

Bakıda transseksuallara qarşı niyə əməliyyat keçirilir? - NAZİRLİK SƏBƏBİ AÇIQLADI

25 Sentyabr 2017 11:19

Banklar kredit vermir

25 Sentyabr 2017 11:19

Tarixdə AŞURA GÜNÜ baş verən MARAQLI HADİSƏLƏR

25 Sentyabr 2017 11:18

“Kapital Bank” “Ən Güvənli Bank” adına layiq görülüb

25 Sentyabr 2017 11:17

Elza “Xalq şairi”ndən DANIŞIB SƏRT SÖZLƏR İŞLƏTDİ: "Çaqqal-çuqqallar..."

25 Sentyabr 2017 11:13

Avropa çempionatı: Azərbaycanın voleybol yığması Almaniya ilə qarşılaşacaq

25 Sentyabr 2017 11:12

Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftə”sinə start verilir

25 Sentyabr 2017 11:12

Qətər Azərbaycandan süd və ət idxalına başlayıb

25 Sentyabr 2017 11:12

"Facebook" satışa çıxarlıdı

25 Sentyabr 2017 11:12

"Qalatasaray"dan əzmkar qələbə - VİDEO

25 Sentyabr 2017 11:07

Avropada Azərbaycan təmsilçisi - UNEC tələbələrinin startapları

25 Sentyabr 2017 11:04

Aygün Kazımovadan Faiq Ağayevə qarşı GÖZLƏNİLMƏZ ADDIM

25 Sentyabr 2017 11:03

"Kürdüstan"a hərbi müdaxilə hər an başlaya bilər

25 Sentyabr 2017 11:02

DİQQƏT: Bakının bu rayonlarında su olmayacaq

25 Sentyabr 2017 11:00

...Və Türkiyə "HÜCUM"a başladı!

25 Sentyabr 2017 10:59