Dolların məzənnəsinin güclənməsi İstanbul Fond Birjası indeksini də aşağı salıb. Hazırda əsas fond birjası indeksi olan BİST-100 daha 0,56% azalaraq 77 000 bənd səviyyəsinə kimi geriləyib.
"Report"un analitik qrupu BİST-100-ün kəskin azalma trendinə daxil olacağını və TRY/USD məzənnəsinin qısa zaman ərzində 3,20 səviyyəsinə, ilin sonuna qədər isə hətta 3,30-a çatacağını proqnozlaşdırır. Hazırda isə dolların məzənnəsi 3,1036 TRY/USD-yə bərabərdir.