Aeroportda silahlı basqın – QORXULU ANLAR

Aeroportda silahlı basqın – QORXULU ANLAR
12:08 13 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Nigeriya yığması silahlı basqına məruz qalıb.

Publika.az xəbər verir ki, hadisə DÇ-2018-in seçmə mərhələsində keçirilən Zambiya ilə oyundan sonra aeroportda baş verib. İki silahlı şəxs özlərini polis əməkdaşları kimi təqdim edərək, Nigeriya Futbol Federasiyasının vitse-prezidenti Şexu Dikkonu həbs etmək istəyiblər.

Onlardan biri silahla yığma komandanın üzvlərini hədələyib. Silahlı şəxslərdən həbslə bağlı order tələb etdikdə, onlar havaya atəş açıblar.

Məlumata görə, yığma komandanın üzvləri aeroportdan evakuasiya ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR