Kral öldü

Kral öldü
15:58 13 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Tailand kralı Bhumibol Adulyadej 88 yaşında dünyasını dəyişib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda yerli KİV və sosial şəbəkələr bildirib.

Hazırda Tailand hökumətinin yerli vaxtla saat 19:00-da bəyanat verəcəyi gözlənilir.

Kral oktyabrın 9-da təcili olaraq xəstəxanaya yerləşdirilib. Ona qan infeksiyası diaqnozu qoyulub.

Tailand kralı dünyada ən çox hakimiyyətdə olan monarxdır. O, 1946-cı ildə taxta çıxıb. Onun hakimiyyəti dövründə 20-dən çox baş nazir əvəz olunub, 18 konstitusiya qəbul edilib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR