Əhalinin NƏZƏRİNƏ: avtobusa kartla ödəniş etmədən minsəniz...

Əhalinin NƏZƏRİNƏ: avtobusa kartla ödəniş etmədən minsəniz...
16:24 14 Oktyabr 2016
91 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobuslarda sərnişinlərin avtobusa ödəniş etməməsinə və sürücülərin sərnişinləri ödənişsiz daşıdığına görə cərimələnməsi qaydasında müəyyən dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

 

Lent.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuriyyə Allahverdiyeva məlumat verib. O bildirib ki, qüvvədə olan Məcəlləyə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat , müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına görə sürücüyə iyirmi manat cərimə biletsiz getməyə və ya biletsiz aparılmaya görə tətbiq edilirdi. Dəyişikliyə əsasən, “biletsiz” və “sərnişinin biletsiz” sözləri “müvafiq qaydada ödəniş etmədən” və “müvafiq qaydada ödəniş edilmədən sərnişinin” sözləri ilə dəyişdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR