Rusiya atəşə benzin tökdü: MÜHARİBƏ TƏHLÜKƏSİ

Rusiya atəşə benzin tökdü: MÜHARİBƏ TƏHLÜKƏSİ
13:38 15 Oktyabr 2016
294 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Hindistana “Triumf” S-400 zenit-raket komplekslərini satacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı razılaşma Rusiya prezidenti Vladimir Putinin Hindistan səfəri çərçivəsində imzalanıb.

Rusiyanın hərbi-texniki əməkdaşlığı üzrə Federal Xidmətin başçısı Aleksandr Fomin həmçinin bildirdi ki, “Triumf” S-400 zenit-raket komplekslərinin Çinə çatdırılması üzrə müqavilə üzərində iş gedir.

Bununla da, Hindistan Rusiyadan ən yeni S-400 komplekslərini idxal edən ilk xarici ölkə olacaq. Bundan əvvəl Səudiyyə Ərəbistanı da Rusiyadan bu sistemlərin alınmasına dair danışıqlar aparıb, ancaq danışıqlar yarımçıq kəsilib. S-400 “Triumf” zenit-raket kompleksləri S-300 PMU-2 “Favorit” komplekslərinin bazasında hazırlanıb, dünyada analoqu yoxdur və hazırda ən güclü zenit-raket kompleksi hesab olunur.

Kompleks 400 kilometrədək məsafədə aerodinamik hədəfləri, 60 kilometr məsafəyədək taktiki ballistik raketləri vura bilir. Kompleksin radarı isə 600 kilometrədək məsafədə uçan obyektləri aşkarlayır.

Moskva və Dehli arasındakı razılaşmanın Hindistan və Pakistanın müharibə həddində olduğu bir vaxtda imzalanması diqqət çəkir.

İki ölkə nüvə müharibəsinin astanasında – VİDEO

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Hindistanı nüvə silahı ilə məhv etməklə hədələyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR