Abdel Fəttah as-Sisiyə sui-qəsd planı ilə bağlı istintaq başlayıb

Abdel Fəttah as-Sisiyə sui-qəsd planı ilə bağlı istintaq başlayıb
19:37 16 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Misir Baş Prokurorluğu ölkə prezidenti Abdel Fəttah as-Sisiyə qarşı planlaşdırılan sui-qəsd  cəhdi və Qahirədə kütləvi iğtişaşa hazırlıqla bağlı cinayət işi açıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi Aparatı dövlət başçısı da daxil olmaqla, yüksək vəzifəli şəxslərin terror təşkilatı tərəfindən öldürülməsi planı barədə əməliyyat-axtarış tədbirlərinin nəticələrini təqdim edib və istintaq başlayıb.
 
Terror aktının həyata keçirilməsi üçün minalanmış avtomobillərdən istifadə edilməsinin planlaşdırıldığı üzə çıxıb. İstintaqla bağlı digər məqamlar barədə məlumat verilməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR