8 yaşlı qızını zorlayan ögey ataya hökm oxundu - Maştağanı şoka salan hadisə

8 yaşlı qızını zorlayan ögey ataya hökm oxundu - Maştağanı şoka salan hadisə
13:32 17 Oktyabr 2016
717 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 8 yaşlı ögey qızına qarşı zor tətbiq etməklə seksual hərkətlər törətməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Pakistan vətəndaşı Tanver Muhammed Batonun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə ögey qızını zorlayan M.Baton 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Maştağa qəsəbəsində baş verib. M.Baton azərbaycanlı qadınla qeyri-rəsmi formada birgə yaşayıb və qadının birinci ərindən olan qızını uzun müddət mütəmadi olaraq zorlayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR