UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" oktyabrın 20-si saat 21:00- da Yunanıstanın PAOK klubunu qəbul edəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, qarşılaşmanın biletləri oktyabrın bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Sektorlara biletlər 1, 2, 5, 10, 20 manata, VİP biletlər isə 50 manata satılıb.
"Qarabağ" - PAOK matçı oktyabrın 20-si saat 21:00-da Respublika stadionunda start götürəcək.
Milli.Az