Bu il “Huawei” 100 milyondan artıq smartfon satıb

Bu il “Huawei” 100 milyondan artıq smartfon satıb
08:27 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Çin smartfon bazarının aparıcı oyunçularından "Huawei" şirkəti bu ilin doqquz ayı ərzində aparıcı satış meydançalarına 100 milyondan artıq smartfon tədarük edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət rəhbərliyi əmindir ki, brend özünün yeni "Mate 9" markası hesabına bu göstəricini xeyli artıracaq. Təkcə ötən il şirkət öz istehsalı olan 108 milyon ədəd smartfon tədarük edə bilib.
 
Bundan öncə deyilirdi ki, flaqmanın yeni modeli bu ilin noyabr ayından başlayaraq piştaxtalara çıxarılacaq. Bununla belə, alıcılara seçim üçün iki komplektasiya variantı təklif ediləcək. Bunlardan biri ənənəvi, digəri isə əyri ekranlı olacaq. Cihaz bütün gələcək sahiblərini ikili kameranın heyrətamiz imkanları, səkkiznüvəli prosessoru, həmçinin 8 Giqabayt əməliyyat yaddaşı ilə sevindirəcək.

Çin istehsalçısı qeyd edib ki, tezliklə şəxsi rekordlarını yeniləmək və beynəlxalq bazarlarda "Apple", "Samsung" və "Sony" kimi nəhənglərlə rəqabət aparmaq fikrindədir. Artıq mütəxəssislər üçün bu bəyanat o qədər də fantastik hesab olunmur. Çünki indidən yerli alıcılar həvəslə Çin istehsalı olan smartfonlarını alırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/480382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR