Kişi albinos arvadını ona uğur və var-dövlət gətirməsi üçün doğradı. Tükürpədici hadisə Tanzaniyada baş verib. ANS PRESS-in məlumatına görə, albinos arvadının iki ayağı və əllərini kəsən kişi haqqında məhkəmə qərarı elan edilib.

Əri və 3 tanışı tərəfindən bədən hissələri kəsilən qadın qanaxmadan ölüb.

Canilər parçalanan hissələri öz aralarında bərabər bölüblər. Qadının qatilləri haqqında ölüm hökmü verilib. Bu hökm uzun müddətdir ölkədə icra edilmirdi. Sonuncu dəfə 1994-cü ildə Tanzaniyada məhkum edam edilmişdi.

Məsələ ondadır ki, Tanzaniyada albinos insanın ətraflarının uğur qazanmaq üçün keçirilən rituallarda istifadə edirlər. Onlar düşünürlər ki, varlı və uğurlu olmaq üçün keçirilən ritualda albinosun hissələrini xüsusi otlar və dəniz suyu ilə qarışdıraraq məhlul hazırlanır.

Bu inanca görə, son 15 ildə ancaq Tanzaniyada 70-dən çox albinos öldürülüb. Jurnalistlərin məlumatına görə, albinosların bədən üzvlərinin satışı üçün qara bazar da mövcuddur. Burada albinos cəsədini 75 min, ayrı-ayrı hissələrini isə 600 dollardan almaq olar.
Mənbə
ANS PRESS