Hülya Avşar kişilərlə bağlı son qərarını verdi

Hülya Avşar kişilərlə bağlı son qərarını verdi
14:48 18 Oktyabr 2016
228 Şou
Ölkə mətbuatı
A- A+

“Selfie” filminin çəkilişlərini davam etdirən Hülya Avşar həyatındakı kişiləri silməyə qərar verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hülya Avşarın dekabr ayında nümayiş olunacaq filmi ilə bağlı baş verən son hadisə marağa səbəb olub.

Həyatına girən kişiləri də filminə daxil edən ulduz son anda iki kişinin rolunu silməyə qərar verib. Bunlardan biri 1989-ci ildə sevgili olduğu Tanju Çolak, digəri isə demək olar ki, nikah masasından qayıtdığı Sadetdin Sarandır.

Aktrisanın bu qərarı verməsinə yaxınları səbəb olur. Deyilənlərə görə, ulduzun dostları "Filmin haqqında pis reklam olar, hər kəs onlardan danışar, filmin hədər olar" deməsi ilə Hülyanın iki nəfəri sildiyi iddia edilib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/172609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR