Fransanın Azərbaycandakı yeni konsulu mədəniyyət və incəsənət xadimləri ilə görüşüb - FOTO

Fransanın Azərbaycandakı yeni konsulu mədəniyyət və incəsənət xadimləri ilə görüşüb - FOTO
15:57 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabrın 15-də Fransanın Azərbaycandakı yeni konsulu, Antuan Simönelin xanımı Daiana Simönel  mədəniyyət və incəsənət xadimləri ilə görüş təşkil edib.

"D.One" İctimaiyyətlə Əlaqələr üzrə meneceri Orxan Yusifovun Milli.Az-a verdiyi məlumata görə, kokteyl gecəsinin məqsədi müxtəlif çevrələrdən olan incəsənət xadimlərini bir araya toplamaq, "D.One" və "Kweart Festival"ın film prodüseri və direktoru xanım Daiana Simenellə və bu markaların məhsulları ilə tanış etmək olub.

Görüşdə bildirilib ki, konsul, Antuan Simönelin xanımı Daiana Simönelle və onun komandası: "Directa Brazil" və Rio Musiqi Konfransının direktoru (Braziliya) Pedro Shimitt, "Aquarium Club Paris"-in direktoru (Avropa) Carl Gabriel, Bakıda D.ONE markası adı altında keçiriləcək yeni İncəsənət Festivalını yaradırlar.

Xanım D. Simenellə çıxışında bildirib ki, əsas məqsədi Avropa mədəniyyətini Azərbaycana, Azərbaycan mədəniyyətini isə Avropaya daşımaqdır: " Ümid edirəm ki, bu layihəmiz Avropa, Cənubi Amerika və Azərbaycan arasında bir körpü rolunu oynayacaq".

Qeyd edək ki, "D.ONE" Azərbaycan gəncliyinə güvənir və Azərbaycanda yeni nəslin daha yaradıcı və orijinal olduğunu düşünür. "D.ONE"-nın təqdimatına görə, yeni nəsil dizayn və əyləncə sahələrində daha yaradıcı zövqə sahibdir. Onlar hər şeydən çox əsərin əsas qəhrəmanına çevrilmək və başqalarına öz işləri barədə məlumat istəyirlər. "D.ONE" bu gənc qəhrəmanları incəsənətdən vasitə kimi istifadə edərək, bütün dünyanın onları tanıması üçün ruhlandıracaq, Avropanın və Cənubi Amerikanın möhtəşəm incəsənət xadimləri ilə əlaqələndirəcək.

Bildirək ki, qısa müddətdə gənc azərbaycanlı incəsənət xadimlərinin əsərləri tədbirin keçiriləcəyi məkanda nümayiş ediləcək, bu sərgi həftə sonunda keçiriləcək işlərin üzə çıxmasına yardımçı olacaq və burada iştirak edən bütün ölkələrin qarışması və bunu aydın yayımlaması ilə nəticələnəcək. Flow & Zeo (tomorrowland) Cənab Lawrence (Ministry of Sound), Lord SM ( Fransız modelyer) və dünya şöhrətli pianist Jean Philippe Py (Oskar mükafatı qazanmış "Danimarkalı Qız" kinosunun arxa fon musiqisi) "D.One"-ın bir hissəsi olacaq beynəlxalq incəsənət xadimlərinin bəziləridir.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/480726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR