Hacıqabulda Pirsaat su anbarında suyun səviyyəsi qalxıb, fərdi təsərrüfatlara ziyan dəyib

Hacıqabulda Pirsaat su anbarında suyun səviyyəsi qalxıb, fərdi təsərrüfatlara ziyan dəyib
18:12 18 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul. 18 oktyabr. REPORT.AZ/ Bir neçə gündür aramsız yağan yağışlar nəticəsində dağ çaylarında sululuq artıb.
“Report”un Aran bürosu xəbər verir ki, bu səbəbdən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində eyniadlı çayın üzərində yerləşən su anbarında suyun səviyyəsi kəskin artıb.
Nəticədə bir neçə kəndin ərazisindən keçən çay yalnız Rəncbər kəndi ərazisində məcrasından çıxıb və 6 fərdi təsərrüfat su altında qalib. Vəziyyətlə bağlı Hacıqabul Rayon İcra Hakimiyyətində qərargah yaradılıb və hadisə yerinə ağır texnika, canlı qüvvə cəlb olunub. Rəncbərin ərazisindəki yardımçı körpünün yaxınlığından əlavə köməkçi kanal qazılaraq su axınının kəndə daxil olmasının qarşısı alınıb. Zərurət nəticəsində qazılan kanala görə kəndə əsas giriş bağlanıb. Ancaq bununla belə, kəndə giriş alternativ yolla təmin olunub. Heç bir tələfat yoxdur və qeydə alınmayıb. 
Hacıqabul Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Aslan Səmədov başqa kəndlərin də ərazisinə əlavə olaraq texnika və canlı qüvvənin cəlb olunduğunu bildirib.






Xəbərin orijinal ünvanı: http://report.az/hadise/haciqabulda-pirsaat-su-anbarinda-suyun-seviyyesi-qalxib-ferdi-teserrufatlara-ziyan-deyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR