Əmanətçilərə 461 milyon ödənildi

Əmanətçilərə 461 milyon ödənildi
09:32 19 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 18 oktyabr 2016-cı il tarixdə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 50 mln. 976 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə  18 mln. 70 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 850 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 mln. 716 min manatdan artıq kompensasiya ödənilib.

Milli.Az bildirir ki, Fonddan APA-ya verilən məlumata görə, 18 oktyabr 2016-cı il tarixdə "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 13 mln. 936 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 812 min manatdan artıq kompensasiya ödənilib.
 
18 oktyabr 2016-cı il tarixdə "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119  mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.
 
18 sentyabr 2016-cı il tarixə "Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 195 mln. 423 min manat artıq kompensasiya ödənilib.
 
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 460 mln. 889 min manatdan artıq kompensasiya ödənilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR