Azərbaycanla İraq arasında birbaşa aviareys açıla bilər

Azərbaycanla İraq arasında birbaşa aviareys açıla bilər
11:47 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycan və İraqın aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.
Məlumata görə, danışıqlar zamanı tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, iki ölkə arasında müntəzəm sərnişin və yük uçuşlarının yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə hər iki ölkənin təyin edilmiş aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.
İraqın mülki aviasiya nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyəti ilə də tanış olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR