“Sağlamlıq-2016” spartakiadasında “Dama” oyunlarına yekun vurulub

“Sağlamlıq-2016” spartakiadasında “Dama” oyunlarına yekun vurulub
12:35 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar "Sağlamlıq – 2016" rabitə işçilərinin Respublika Spartakiadası davam edir.
 
Spartakiada çərçivəsində keçirilən  "Dama" oyunlarına yekun vurulub.
 
İlkin mərhələdə hər birində 4 komanda, hər komandada 3 nəfər olmaqla A və B qrupları arasında yarış keçirilib.
 
Final mərhələsinə A qrupundan "Azərpoçt" MMC və Məlumat Hesablama Mərkəzinin (MHM), B qrupundan isə Dövlət Radiotezliklər İdarəsi (DRİ) və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) komandaları çıxıb.
 
Yekun mərhələyə vəsiqə qazanmış komandalar turnirin birinci yeri uğrunda mübarizəni dairəvi sistem üzrə davam ediblər. 

Gərgin mübarizə şəraitində yarışan komandalar arasında fərqlənən BTRİB-in komandası DRİ-nin komandasını 2:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub. 








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR