Seçki Yaponiyanın paytaxtı Tokioda təşkil olunan 81-ci Konqres çərçivəsində keçirilib. M.Əliyev seçkinin elə ilkin mərhələsindəcə 64 səs yığaraq tribunalda təmsil olunacaq 5 nəfərdən biri olub. O, Kanada, İsveçrə, Braziliya və Nepaldan olan üzvlərlə birgə fəaliyyət göstərəcək.
AGF rəsmisi bunadək FIG-in İntizam Komissiyasının üzvü vəzifəsini icra edib.
Bundan başqa konqresdə FİG-in yeni prezidenti də seçilib. Bu, yaponiyalı Vatanabe Morinaridir. İndiyədək həmin vəzifəni italiyalı Bruno Qrandi icra edib. Vitse-prezidentlər isə rusiyalı Vasili Titov, belaruslu Nelli Kim və Çaoyi Luodur.
Qeyd edək ki, Konqres oktyabrın 20-də yekunlaşacaq.