İqtisadiyyat naziri: "Niderland şirkətləri Azərbaycana 330 mln. manat investisiya yatırıb"

İqtisadiyyat naziri: "Niderland şirkətləri Azərbaycana 330 mln. manat investisiya yatırıb"
17:17 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Niderlandın Azərbaycanda yeni təyin olunan səfiri Onno Kerversi qəbul edib.
İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, Azərbaycan-Niderland iqtisadi əlaqələri və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə Ş.Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu vurğulayıb. 
Nazir qeyd edib ki, Niderlandla kənd təsərrüfatı, sənaye, nəqliyyat, ekologiya, təhsil və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var: "Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, quşçuluq, gülçülük və tərəvəzçiliyin inkişafında Niderlandın təcrübəsindən istifadə etmək olar. Niderland şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 330 mln. manat investisiya yatırılıb. Hazırda bu ölkənin şirkətləri Azərbaycanda dib dərinləşdirmə, göllərin bərpası, suyun təmizlənməsi və s. layihələrdə uğurla fəaliyyət göstərir. Bununla yanaşı, iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün sənaye parkları və zonalarında əlverişli şərait yaradılıb. Niderland şırkətləri bu inkanlardan yararlana bilərlər".
O.Kerversi iki ölkənin iqtisadi əməkdaşlığı inkişafı üçün geniş imkanların olduğunu bildirib. O, səfirliyin Azərbaycanla Niderland arasında iqtisadi əlaqələrin genişləndirilməsinə dəstək göstərəcəyini deyib: "Niderland şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə maraq göstərir. Görüşdə səsləndirilən təkliflər potensial investorlara çatdırılacaq".

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/i-qtisadiyyat-naziri-niderland-sirketleri-azerbaycana-330-mln-manat-investisiya-yatirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR