Bakıda elektrik lampası bağlayan şəxs yıxılaraq ağır xəsarət alıb

Bakıda elektrik lampası bağlayan şəxs yıxılaraq ağır xəsarət alıb
18:07 19 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıda 45 yaşlı kişi mənzilində lampa dəyişərkən şüşə parçasının üzərinə yıxılıb.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunun Şüvalan qəsəbəsində qeydə alınıb. Burada 1971-ci il təvvəllüdlü Sahib Nuriyev sahibi olduğu mənzildə çılçırağın elektrik lampalarını yenisi ilə əvəzləmək istəyib. O ehtiyatsızlıqdan yıxılaraq yerdəki şüşə parçasının üzərinə düşüb. Nəticədə S.Nuriyev qarın nahiyyəsindən ağır xəsarət alıb.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub, vəziyyəti orta-ağırdır.   

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-elektrik-lampasi-baglayan-sexs-yixilaraq-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR