www.erevan.az fəaliyyətə başlayır

www.erevan.az fəaliyyətə başlayır
18:58 19 Oktyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidentı yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “www.erevan.az internet jurnalınin hazırlanması layihəsi çərçivəsində www.erevan.az, “www.yerevan.az və www.iravan.az domenlərini özündə birləşdirən online jurnalının təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İctimai Birliyin İdarə Heyətinin rəhbəri Vüsalə Hüseynlı bildirib ki, bu gün təqdim olunan elektron jurnal rus və azərbaycan dillərində hazırlansa da, gələcəkdə bu saytın bir neçə dildə fəaliyyət göstərməsi nəzərdə tutulur: “Bu saytın əsas məqsədi, qədim Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən mənimsənilməsi faktının dünya ictimaiyyətinə çatdırılmasıdır. Biz istəyirik ki, dünya İrəvanın qədim Azərbaycan torpağı olmasını, İrəvanın tarixini, ziyalılarını, Azərbaycan tarixinin silinməz səhifəsi olan Qərbi Azərbaycan torpaqlarına mənfur qonşularımızın yerləşdirilməsi faktları ilə tanış olsunlar. Bu umumi ışımızə, xüsusilə, beynəlxalq təbliğata öz faydasını verə bilər. Biz bu saytda 4 dəfə öz doğma yurdlarından didərgin düşmüş insanların dünyaya çağırışını ünvanlamışıq”.

Birlik rəhbəri onu da vurğulaylb ki, saytda tarixi faktlar yer alsa da, jurnal informasiya jurnalı kimi fəaliyyətini davam etdirəcək: “Təbii ki, informasiya ilə yanaşı, mütəmadi olaraq, tarixi araşdırmalar da saytda öz yerini alacaqdır”.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva jurnalın kollektivini bu layihəni reallaşdırdığına görə təbrik edib. Millət vəkili bildirib ki, görülən iş Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, İrəvan adının dünyaya təqdimatı baxımından ciddi işdir: “Düşünürəm ki, bu istiqamətdə işi davam etdirərək, jurnalı daha da zənginləşdirməli, müvafiq qurumlarla sıx iş birliyi qurulmalıdır. Elektron saytın rus dilində təqdimatı bu dildə danışan geniş auditoriya ilə işin qurulması baxımından təqdirəlayiq haldır”.

Millət vəkili gələcəkdə, jurnalda İrəvan ziyalıları və İrəvan mətbəxi ilə bağlı da müəyyən bölmələrin açılması təklifini səsləndirib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli saytın günümüz üçün aktual olan mövzuya müraciət etməsini alqışlayaraq, bu işdə Mətbuat Şurasının dəstəyini ifadə etdi.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət isə saytın uzunömürlü olmasını arzulayaraq, bu agır və məsuliyyətlı işdə kollektivə uğurlar diləyib.

Tədbirdə çıxış edən İctimai Birlik sədrləri, qht rəhbərləri, media nümayəndələri jurnalın gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini səsləndiriblər. (Azadinform)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR