Beynəlxalq Gimnastika Federasiyasının növbəti konqresi Bakıda keçiriləcək

Beynəlxalq Gimnastika Federasiyasının növbəti konqresi Bakıda keçiriləcək
21:12 19 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci il dönümündə Azərbaycan Gimnastika Federasiyası (AGF) öz işinə sevindirici xəbərlə başladı.

Milli.Az bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Yaponiyanın paytaxtı Tokioda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) seçki xarakterli 81-ci Konqresində alınmış qərara əsasən, həmin təşkilatın növbəti Konqresinin keçirilməsi ilk dəfə olaraq AGF-yə həvalə olunub.

2018-ci ilin 2-3 dekabr tarixində Bakıda təşkil olunacaq FIG-nin Ali Orqanı sayılan Konqresində sözügedən quruma üzv olan federasiyaların nümayəndələri və şura üzvləri iştirak edəcəklər.

Xatırladaq ki, 2017-ci ildə paytaxtımız FIG-nin Şura İclasını da qəbul edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR