ABŞ-da Tramp və Klinton arasında sonuncu teledebat keçirilib

ABŞ-da Tramp və Klinton arasında sonuncu teledebat keçirilib
06:42 20 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klintonn arasında üçüncü, sonuncu teledebat keçirilib.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, rəqiblər yenə teledebatdan əvvəl bir-birləri ilə əl-ələ görüşməyiblər. Qeyd edək ki, Demokratlar və Respublikaçılar partiyalarının namizədləri bundan əvvəl də teledebatda bir-birlərinin əlini sıxmamışdılar. Yalnız debatın sonunda bir-birlərinin əlini sıxmışdılar.
Əvvəlki görüş xüsusi gərginliklə seçilmişdi. Hətta Tramp bildirmişdi ki, onun hakimiyyətə gəlişi təqdirdə Klinton həbsxanada olardı. Rəqiblər bir-birlərinə qarşı bəzi ittihamlar səsləndiriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR