Azı 415 nəvəsi olan, qızını erməniyə verən Şahə nənə - FOTO

Azı 415 nəvəsi olan, qızını erməniyə verən Şahə nənə - FOTO
10:12 20 Oktyabr 2016
1344 Ölkə
Ölkə mətbuatı
A- A+

Diyarbakırda yaşayan və 115 yaşında olduğu təxmin edilən Şahə Tayurakın ən azı 415, böyük ehtimalla isə 430-dan çox nəvəsi var.

Üç dəfə ərdə olmuş Şahə nənənin ilk evliliyindən iki, ikinci evliliyindənsə beş uşağı var.

Artıq nəvələrinin beşinci nəslini görən Şahə nənə Diyarbakırın Əlipaşa məhəlləsində bağ-bağatlı bir evdə, kiçik oğlu Camal Tayurak və ailəsiylə birlikdə yaşayır.

Bugünlərdə bir az xəstə olsa da, yaşlı qadının yaddaşı ilə bağlı ciddi bir problemin olmadığını deyirlər.

Milli.Az BBC-yə istinadən bildirir ki, Camal Tayurak anasının beşinci nəsildən olan nəvə-nəticələrini gördüyünü, üç il əvvəl onların ümumi sayının 415-i aşdığını deyir.

"Üç il öncə 415 idi, amma indi neçə olduğunu bilmirəm. Yeni sayı tapmağım üçün gərək üç il əvvəl etdiyim kimi bütün bacı-qardaşıma, onların uşaqlarına, nəvələrinə zəng vurub siyahı tutum. Ancaq çox rahatlıqda deyə bilərəm ki, üç il içində ən azı 15 yeni nəvə doğulub və indi bu say 430-u aşıb", - Tayurak deyir.

Şahə nənənin ən böyük övladı 90, ən kiçiyi 60, ən böyük nəvəsi 70, ən kiçiyi isə 2 yaşındadır.

Şahə nənənin 60 yaşlı oğlu Camal anasının əsl yaşını bilmədiklərini, ilk sənədini ikinci əri öləndən sonra aldığını deyir.

"1945-ci ildə kəndin muxtarı anamın adını qeydiyyata saldırır. Hətta anama 15 dönüm (150 sot) torpaq da verirlər. Muxtar özündən bir yaş verib. Yəni anamın əsl yaşını heç birimiz bilmirik. Amma ən azı 110 yaşında olduğunu düşünürəm. Hətta Diyarbakır və bölgənin ən yaşlı insanı olduğunu iddia edə bilərəm", - Camal gülərək deyir.

O, iddiasını sübut etmək üçün hətta anasını həkimə aparıb sümük yaşını təyin etdirə biləcəyini deyir.

Şahə nənənin köhnə şəxsiyyət vəsiqəsinin doğum tarixi bölməsində rumi 335 tarixi yazılıb. Miladi təqvimlə bu, 1919-cu ilə düşür. Ancaq böyük qızının 90 yaşında olduğunu və bizə danışdığı hekayələri nəzərə alsaq, sənəddə Şahə nənənin yaşının kiçik yazıldığı ortaya çıxır.

Yaşlı qadının sol gözü artıq görmür, qulağı da ağır eşidir. Gəlini Qasidə Şahə nənədən keçmişə aid nələri xatırladığını soruşur. O da "yaddaşmı qalıb?" deyərək öncə danışmaq istəmir. İsrar edincə ağır-ağır danışmağa başlayır.

"Erməni hadisələrini xatırlamıram, ilk köçürülmə qərarı çıxanda mən kiçik olmuşam, xatırlamıram. Atatürkü görməmişəm, amma Silvana gəldiyini dedikləri yadımdadır. Böyük qıtlığı xatırlamıram, amma ikinci qıtlıqda dağ kəndlərindən insanlar gəlib kəndimizdən pencər (yeməli yabanı ot növü-tərc.) yığardı. Bir də Şeyx Səid üsyanını çox yaxşı xatırlayıram", - Şahə nənə deyir.

Gəlini Şahə nənənin atası Əbdülqədirin Şeyx Səid üsyanında həlak olduğunu deyəndə biz də ondan atasının hekayəsini danışmasını xahiş edirik.

Şahənin atası Əbdülqadir Osmanlı zamanında Ərabistanda 7 il əsgərlik keçib. 1925-ci ilin aprelində Şeyx Səid üsyanı qalxanda əsgərlikdən qayıdan Əbdülqadir də üsyana qoşulur və döyüşlərdə öldürülür.

Atası 7 illik əsgərliyini keçmək üçün Ərəbistana gedəndən sonra kənddə evi, bağ-bağçanı idarə edən, heyvanlara baxan adam qalmayınca anası Şahəni kiçik yaşda Heştər kəndində yaşayan İbrahim adında bir kişiyə ərə verir.

"Şeyx Səidin yoldaşları bizim kəndə, Şerali kəndinə qədər gəlmişdilər. Atam da üsyana qoşuldu. Tağımlar Silvanı basmış, üsyançılarla döyüşlərə girmişdilər. Əsgərlərin kəndə yaxınlaşması xəbəri gəlincə atam yoldaşlarına deyib ki, "siz gedin, mən əsgərlərin başını qataram". Atamın yoldaşları Hazroya doğru çıxıblar, atamsa bir neçə yoldaşı ilə yaxınlıqdakı bir kənddə döyüşə girib. Atam döyüşdə güllə ilə öldürülüb".

Birinci əri İbrahimi soruşuram, amma Şahə nənə ondan danışmaq istəmir. Oturduğu döşəkcənin üstünə uzanıb yatır. Oğlu Camal son günlərdə anasının taqətinin çox azaldığını deyir.

Şahə nənənin keçən ilə qədər heç bir xəstəlik keçirmədiyini deyən Camal keçən il onun balaca bir öd kisəsi problemindən narahat olduğunu, buna qədərsə heç bir xəstəxana qeydiyyatında olmadığını deyir.

"Anamın ümumi vəziyyəti keçən ilə qədər də yaxşı idi. Düşünürəm ki, uzun və sağlam ömür Allahın bir lütfüdür. Uşaqları da özünə oxşayıb. Ən böyük uşaqları ondan daha yaşlı görünür", - Camal deyir.

Şahənin birinci əri İbrahimdən iki uşağı olub. Uşaqlar balaca olanda İbrahim xəstələnib ölür. Gənc yaşda dul qalan Şahə uşaqları anasının yanında qoyub Gündüz kəndində ikinci dəfə ərə gedir. İkinci əri Camalın atasıdır.

Camalın atasından sonra da ərə gedir, amma son evliliyindən daha uşaqları olmur. Sonuncu əri də öləndən sonra Şahə nənə kiçik oğlu Camalın yanına qayıdır.

Qızı 90 yaşındadır

Şahə nənənin birinci evliliyindən olan 90 yaşlı qızı Telli Tayurakı da birlikdə yaşadığı oğlunun evində ziyarət edirik.

Onun qulaqları yaxşı eşitmədiyindən həmişə yüksək səslə danışır. Yeriməyə çətinlik çəkən Telli anasının səhhətinin öz səhhətindən daha yaxşı olduğunu deyir.

Telli və qardaşını nənələri böyüdüb. Onu anaları bilirmişlər. Amma altı yaşı olanda əsl anasının Şahə olduğunu öyrənib. "Nənəm əsl anamızın yaxın bir kənddə evli olduğunu deyəndə çox ağlamışdıq", - deyən Telli uşaqlıqda anası ilə bağlı bizə danışacağı çox hekayəsinin olmadığını bildirir.

Atası İbrahimin də köçürülmədən sağ qurtulan bir erməni yetimi olduğunu deyən Telli Tayurak davam edir:

"Babam Ərəbistanda 7 il əsgərlik keçir. Nənəm də görür ki, onlara baxmağa adam yoxdur, anamı qonşu kənddən kimsəsiz erməni yetimi olan atama ərə verir. Atam anamgilin bütün işlərini görərmiş, çox güclü-qüvvətli imiş. O qədər güclüymüş ki, bir inəyi çiyinlərində bir kənddən digərinə daşıyırmış. Mən və qardaşım atamın nə qədər güclü olduğundan bəhs edən hekayələrlə böyümüşük. Altı yaşıma qədər nənəmi də anam bilirdim. Çox sonralar anamızla tanış olanda artıq ikinci evliliyindən olan digər qardaş-bacılarım da doğulmuşdu".

Erməni qohumlar

Telli Tayurak ərə gedəndən sonra atasının erməni qohumlarının ortaya çıxdığını da deyir:

"Atamın çox güclü bir adam olmasından başqa haqqında elə bir şey bilmirdik. Bir də, onun müsəlman olmuş bir erməni olduğunu danışırdılar. Mən ərə gedəndən sonra da atamın erməni qohumları ortaya çıxdılar. Suriyanın Qamışlı şəhərində yaşayırlarmış. Hazırda Gündüz kəndində yaşayan qardaşımla neçə il əvvəl əlaqə yaradıblar. Qardaşım deyir ki, atamızın qohumlarından biri bizi Suriyaya dəvət edir. Pasport alıb qardaşımla Qamışlıya gedəcək, onlarla tanış olacaqdıq. Amma hələ qismət olmayıb".

Telli Tayurak heç görmədiyi atasını, uzaqda yaşayan, heç vaxt görmədiyi qohumlarını tanıya bilmədiyi üçün heyfsilənir.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 21:52

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40