Neçə nəfərə Azərbaycan vətəndaşlığı verilib?

Neçə nəfərə Azərbaycan vətəndaşlığı verilib?
19:37 20 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, 2015-ci ildə vətəndaşlığı olmayan 181 şəxsə Azərbaycan vətəndaşlığı verilib, 73 nəfərə müvəqqəti, 103 nəfərə isə daimi yaşayış icazəsi verilib.

Milli.Az xəbər verir ki, "Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrədə BMT-nin İnsan Hüquqları Komitəsinin 118-ci sessiyasında deyib.

O bildirib ki, 2015-ci il dekabrın 31-nə olan məlumata əsasən, 47 nəfər, ailə üzvləri ilə birlikdə isə 63 nəfər qaçqın statusu alıb.

"Qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti və məşğulluğunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində son 12 il ərzində 94 yeni qəsəbə salınıb. Bu müddətdə bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi üçün büdcədən 5,3 milyard manatdan çox vəsait ayrılıb. Qaçqın və məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi 75 faizdən 12 faizə düşüb" - X.Xələfov diqqətə çatdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR