Ötən üç sutka ərzində Mosulu 5 mindən çox yerli sakin tərk edib

Ötən üç sutka ərzində Mosulu 5 mindən çox yerli sakin tərk edib
22:02 20 Oktyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Ötən üç gün ərzində 5 min 500-dən çox Mosul sakini öz evini tərk etmək məcburiyyətində qalıb. Onların əksəriyyəti mühasirədə olan şəhərdən son 24 saat ərzində qaçıb.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.
Mosulun İŞİD terrorçularından təmizlənməsi üzrə yerüstü hərbi əməliyyata oktyabrın 17-si səhər saatlarından başlanıb. Əməliyyatda İraq ordusu ilə yanaşı kürd birləşmələri və beynəlxalq anti-terror koalisiyası da iştirak edir.
Əhalisi 1,3 milyon nəfər olan və Bağdaddan sonra İraqın ikinci ən böyük şəhəri sayılan Mosul iki ildən artıqdır ki, İŞİD-in nəzarəti altındadır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR