Qarşıya çıxan çətinliklərə qalib gəlməyin yolu

Qarşıya çıxan çətinliklərə qalib gəlməyin yolu
22:52 20 Oktyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

İsveç psixoloqu Viktor Frankel üç il icbari məhbusluqdan azad olandan sonra mühüm bir elmi nəticəyə gəlib çatır ki, sonralar onun vasitəsilə insanları müalicə edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, o, öz şəxsi təcrübələrinə və başqa məhbusları müşahidə etmələrinə əsasən bu nəticəyə gəlib çatır ki, insan hər bir çətinliyə və məşəqqətə dözə bilər. Ancaq gərək bu çətinliklərin hikmətini dərk etsin.
Misal olaraq deyir: "Əgər eyni yaşda olan iki qardaşı üç il müddətində hər gün ən pis şəkildə döysələr və birinciyə desələr ki, onu döyməklərinin səbəbi idmanın bir növü olmasıdır. İkinciyə isə heç bir səbəb deməsələr, birinci qardaş üç ildən sonra möhkəm iradəyə və özünə etimada malik olacaqdır. Ancaq ikinci qardaşı həqir və kinli bir insana çevriləcəkdir.
Hər ikisini eyni cür döyüblər, ancaq fərq hikmətdədir. Çətinliklərin hikməti insanın əziyyət çəkməsinə məna verər. Biri daha yaxşı günlərə qovuşmaq üçün əziyyət çəkər. O birisi isə hər zərbə ilə daha həqir olar".
Deməli, bu həyatda hər bir çətinliyə dözmək və davam gətirmək üçün ümidə malik olmaq lazımdır. Əgər ümid olarsa, o zaman insan hər bir çətinliyin öhdəsindən gələ bilər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR