"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Ağamalızadə barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü R.Ağamalızadə qonşusu ilə mübahisə edib. Mübahisə zəminində o, qonşusunu döyüb.
R.Ağamalızadə CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurmaq) maddəsi ilə ittiham olunub.