Pakistan prezidenti: "Ölkələrimiz həmişə çətin zamanlarda bir-birinə dəstək olub"

Pakistan prezidenti: "Ölkələrimiz həmişə çətin zamanlarda bir-birinə dəstək olub"
19:12 21 Oktyabr 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 
"Report"un məlumatına görə, təbrikdə deyilir:  
"Zati-aliləri, 
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Pakistan ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələri qarşılıqlı hörmət, mədəni dəyərlərin ümumiliyi, həmçinin regional və beynəlxalq məsələlər üzrə mövqelərimizin oxşarlığı əsasında qurulub. Ölkələrimiz həmişə sınaq anlarında və çətin zamanlarda bir-birinə dəstək olublar. Əminəm ki, ölkələrimiz arasında mövcud münasibətlər gələcək illərdə daha da güclənəcək.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqına tərəqqi arzulayıram.
Zati-aliləri, mənim dərin ehtiramımı və xoş arzularımı qəbul edin".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/pakistan-prezidenti-olkelerimiz-hemise-cetin-zamanlarda-bir-birine-destek-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR