Hindistanda toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək

Hindistanda toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək
21:02 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Hindistanda toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Bildirilib ki, Dehli şəhərində baş tutacaq sərgi gələn il fevralın 21-24-də keçiriləcək. Toxuculuq sənayesi məhsullarının sərgisində iştirak etməkdə maraqlı olan azərbaycanlı sahibkarlar tədbirə dəvət olunublar.
Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/hindistanda-toxuculuq-senayesi-mehsullarinin-sergisi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR