Azərbaycan Premyer Liqasında IX turun ilk oyunu qolsuz başa çatıb

Azərbaycan Premyer Liqasında IX turun ilk oyunu qolsuz başa çatıb
16:37 23 Oktyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun ilk görüşü keçirilib.
"Report"un məlumatına görə, günün yeganə qarşılaşması Gəncədə oynanılıb.
"Kəpəz" avrokuboklar uğrunda mübarizədə əsas rəqiblərindən olan "İnter"i qonaq edib. Görüş soyuq və çiskinli hava şəraitində keçib. Üstəlik, ot örtüyü qənaətbəxş vəziyyətdə olmayıb. Bütün bu amillərə baxmayaraq, gərgin və qol epizodları ilə bol oyun alınıb. Tərəflərin səylərinə baxmayaraq, qapılara qol vurulmayıb.
Beləliklə, 0:0 hesablı heç-heçə Gəncə və paytaxt komandalarının hərəsinə bir xal qazandırıb. "İnter" 17 xalla 2-ci, "Kəpəz" 11 xalla 4-cü pillədə qalıb.
Azərbaycan Premyer Liqası, IX tur
23 oktyabr (bazar)
14:30. "Kəpəz” – "İnter” - 0:0
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Elman Musayev, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə. Şəhər stadionu.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-premyer-liqasinda-ix-turun-ilk-oyunu-qolsuz-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR