Azərbaycan CAREC Proqramı ölkələrinin nazirlər konfransına qatılacaq

Azərbaycan CAREC Proqramı ölkələrinin nazirlər konfransına qatılacaq
10:27 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Oktyabrın 26-da İslamabadda Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı ölkələrinin XV nazirlər konfransı keçiriləcək.
“Report” Pakistan KİV-inə istinadən xəbər verir ki, konfransda Azərbaycanla yanaşı, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan və Gürcüstan təmsilçiləri iştirak edəcəklər.
Tədbir iqtisadi işlər bölməsinin ADB ilə əməkdaşlığı çərçivəsində keçiriləcək.
Konfransda 10 üzv ölkə və tərəfdaşlardan ümumilikdə 200 nəfərin iştirakı gözlənilir. Beynəlxalq Valyuta Fondu (IMF) və ADB-nin prezidentləri də tədbirə qatılacaq.
Ötən gün Pakistanın maliyyə naziri İşaq Dar konfransa hazırlığın gedişi ilə bağlı iclas keçirib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycan-carec-proqrami-olkelerinin-nazirler-konfransina-qatilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR