Müsavat Divanı parlament seçkiləri ilə əlaqədar siyasi partiyalarla müzakirələri məqsədəuyğun sayıb

Müsavat Divanı parlament seçkiləri ilə əlaqədar siyasi partiyalarla müzakirələri məqsədəuyğun sayıb
17:07 5 Yanvar 2015
170 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 17:02 ]

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, toplantıda Müsavat Partiyasının 2015-ci il Fəaliyyət İstiqamətlərində əks olunan parlament seçkilərində iştirak, seçki islahatlarının əsas elementlərinin müəyyənləşdirilməsi, seçki komissiyalarının hakimiyyətin nəzarətindən çıxarılması, seçki günü birgə müşahidənin təşkil olunması istiqamətində siyasi partiyalarla məsləhətləşmələrin keçirilməsi barədə müzakirə aparılıb və bu müzakirənin davam etdirilməsi məqsədəuyğun sayılıb.

 

Divan yanvarın 19-da Müsavat Partiyasının mərkəzi qərargahında 20 yanvar hadisələrinin 25-ci ildönümü ilə bağlı anım tədbirinin keçirilməsi haqqında qərar qəbul edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR