İlahi Kitabın 4 konkret həyati tövsiyəsi

İlahi Kitabın 4 konkret həyati tövsiyəsi
08:12 25 Oktyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurani-Məcidin hədəflərindən biri budur ki, öz misilsiz göstərişləri ilə bizə həyat dərsi verir. Bu, elə bir qanundur ki, ona əməl edərək, səadət və xoşbəxtlik qalasına çata bilərik. Çünki biz insanların həyatı da başqa işlərimiz kimi qanunlara malikdir. Əgər onlara əməl etməsək, büdrəyə və yıxıla bilərik, bir ömür səadətə çatmamağın həsrətini çəkərik.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bizə həyat dərsi verən surələrdən biri "Qəsəs" surəsidir. Belə ki, Allah Təala bu surədə biz insanlara 4 şeyi tövsiyə edir. "Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz". ("Qəsəs" 77).
Birinci tövsiyə. Gərək gələcək haqqında düşünək. İlahi ayələr biz insanlara tövsiyə edir ki, bu günün fikrini çəkdiyin kimi, gələcək haqqında da düşünəsən. Gələcək dedikdə axirət evi nəzərdə tutulur.
İkinci tövsiyə. Dünyanın gözəlliklərini əldən vermə. Biz dünyanın halal nemətlərindən istifadə edə bilərik. Özümüzü onlardan məhrum etməyək. Çünki Allah Təala bu ayədə buyurur: "De: "Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?!" De: "Onlar (həmin zinət və pak ruzilər) dünya həyatında iman gətirən kəslər üçündür (hərçənd ki, kafirlər də onlarla şərikdirlər), Qiyamət günü isə yalnız onlara (möminlərə) məxsus olacaqdır". Biz Öz ayələrimizi bilən dəstə üçün beləcə ətraflı bəyan edirik". ("Əraf" 32).
Üçüncü tövsiyə. Gəl və yaxşılıq et. Siz çətinliyə düşən zaman başqalarının yardımına ehtiyac duyduğunuz kimi, siz də başqa ehtiyacı olanın əlini tutun. Başqalarının sizinlə yaxşı rəftar etməsini istədiyiniz kimi, siz də başqalarına yaxşı rəftar nümayiş etdirin.
Dördüncü tövsiyə. Duzu ye, ancaq duz qabını sındırma. İxtiyarına qoyulan hər bir neməti düzgün yolda istifadə et. Belə olan halda daha çox imkana malik olarsan.
 
Beləliklə, deyə bilərik ki, Quran bizim necə düzgün yaşa biləcəyimizi öyrədən İlahi kitabdır. Əgər Quranın bizə verdiyi tövsiyələri həyatımızda işə sala bilsək, dünya və axirət səadətini özümüz üçün təmin etmiş olarıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR