Özcan Deniz, Aslı Enver və Məryəm Uzerli eyni layihədə

Özcan Deniz, Aslı Enver və Məryəm Uzerli eyni layihədə
13:47 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Baş rolunu Nurgül Yeşilçayla paylaşdığı "İkinci şans" filminin təqdimatına hazırlaşan Özcan Denizin qarşıda yeni layihələri də var.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, gələn il "İstanbullu gəlin" adlı serialla Star TV-də görünəcək. Müğənni və aktyorluqdan başqa, özünü rejissorluqda sınayan Ö.Deniz daha bir filminin də hazırlıqlarına başlayıb.

Sənətçinin qorxu və triller janrında olacaq filmi üçün Aslı EnverMəryəm Uzerli ilə müqavilə bağladığı deyilir. Özcan layihənin detalları haqqında danışmayaraq: "Daha öncə çəkilməmiş bir şey edəcəyik", - deyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR