Musiqi Akademiyasının tələbələrinin təqaüdü niyə verilmir? - SƏBƏB

Musiqi Akademiyasının tələbələrinin təqaüdü niyə verilmir? - SƏBƏB
15:47 25 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

İki aydır ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının tələbələrinin təqaüdü verilmir. 

Milli.Az bildirir ki, bu barədə aznews.az-a sözügedən akademiyanın tələbələri məlumat verib.

Tələbələrin sözlərinə görə, məsələ ilə bağlı rəhbərliyə müraciət olunsa da, heç bir müsbət cavab verilməyib. Əksinə, Bakı Musiqi Akademiyasından tələbələrə təqaüdlərini ilin sonunda ala biləcəklərini deyiblər. 

Bakı Musiqi Akademiyasının rektoru xalq artisti Fərhad Bədəlbəylinin köməkçisi Aida xanım aznews.az-a bildirib ki, tələbələrin təqaüdünün vaxtında verilməməsinə səbəb hesabın açılmamasıdır: "Mən bu məsələ ilə bağlı mühasibatlıqla maraqlandım. Oradan mənə bildirdilər ki, noyabrın 5-dən sonra tələbələr sentyabr və oktyabr aylarının təqaüdlərini bir yerdə alacaqlar". 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR