Polis Akademiyasının tələbələri arasında dava düşüb, kursantlardan biri bıçaqlanıb

Polis Akademiyasının tələbələri arasında dava düşüb, kursantlardan biri bıçaqlanıb
15:57 26 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakının Xəzər rayonunda Polis Akademiyasının 3-cü kurs tələbələri arasında mübahisə zamanı bir nəfər bıçaqlanıb.
"Report"un məlumatına görə, dava küçədə olub.
Belə ki, Mərdəkan qəsəbəsi Yesenin küçəsi 5 ünvanın qarşısında Polis Akademiyasının 3-cü kurs tələbələri 1997-ci il təvəllüdlü Coşqun Əliyev ilə 1996 ci- il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı C.Əliyev qrup yoldaşı R.Məmmədova bıçaqla xəsarət yetirib. R.Məmmədov Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR