Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının ötən turundakı hakim qərarlarını şərh edib

Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının ötən turundakı hakim qərarlarını şərh edib
17:52 26 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının IX turunun oyunlarındakı idarəçiliyi dəyərləndirib. X.Məmmədov "Report"a açıqlamasında ötən turun hakimliyindən narazı olmadığını bildirib.
Komitə sədri "Neftçi" - "Qarabağ" oyununun idarəçiliyi ilə bağlı bunları deyib: "Ramil Diniyev normal idarəçilik etdi. Onun rəhbərlik etdiyi hakimlər briqadası kobud səhvlərə yol vermədi. Ola bilər ki, xırda səhvlər olsun. Bu da təbiidir. Çünki 90 dəqiqə ərzində səhvsiz oyun idarə etmək mümkün deyil. Həmin "foullar" heç oyunun gedişinə də təsir etmir. "Neftçi"nin futbolçusu Katalin Tiranın qırmızı vərəqə alması tam qaydalar çərçivəsindədir. Nəinki rəqibi və hakimi, heç azarkeşi də təhqir etmək, vurmaq olmaz".
X.Məmmədov "Sumqayıt" - "Qəbələ" oyunundakı idarəçilikdən də danışıb. O, uzatma dəqiqələrində penalti təyin edilənədək cərimə zərbəsinə səbəb olan epizodda hakimin qərarını düzgün sayıb: "Rəhim Həsənov həmin epizodda tam haqlı qərar verdi. "Qəbələ"nin oyunçusu "Sumqayıt"In futbolçusunun ayağına zərbə endirir və cərimə zərbəsi təyin edilir. Burada düzgün qərar verilib. Baş hakim oyunu yaxşı idarə etdi. Penalti epizodu isə heç müzakirə mövzusu deyil. Çünki oyunçu hər iki əli ilə topun qarşısını kəsir. Bu da sarı vərəqə deməkdir. Qapı istiqamətinə top gedirsə və əllə oyun varsa, bu, sarı vərəqədir".
Qeyd edək ki, "Neftçi" "Qarabağ"a 0:2 hesabı ilə uduzub. "Sumqayıt" - "Qəbələ" matçında isə qalib müəyyənləşməyib - 2:2. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/xaqani-memmedov-premyer-liqada-hakim-idareciliyi-ile-bagli-fikirlerini-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR