"Report"un Mərkəzə istinadən verdiyi xəbərə görə, V.Qasımlı Forumda Asiyada iqtisadi inkişaf trendləri, o cümlədən Azərbaycanda aparılan iqtisadi islahatlar və Milli iqtisadiyyatın strateji Yol Xəritəsi barədə məruzə edəcək. Eyni zamanda, İİTKM-in icraçı direktoru Asiyanın lider beyin mərkəzlərinin rəhbərləri ilə ikitərəfli əməkdaşlığı inkişaf etdimək üçün müzakirələr aparacaq.
İİTKM-in icraçı direktoru ilə bərabər Foruma Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Pakistan və başqa ölkələrin əsas beyin mərkəzlərinin rəhbərləri, həmçinin Hindistanın maliyyə naziri qoşulacaq.